Category: Azerbaycan türkçesi


OYUNCAĞINI PAYLAŞARSANMI?

Sənə ulduzlarımı versəm
Oyuncaqlarını paylaşarsanmı,mənimlə?
Əgər velosipedinə mindirsən
Ay topumla top oynaram,səninlə.
Qarabaş ikimizin iti olar,
Şəkərlərini paylaşsan,bizimlə.
Anana ,ana deyə bilərəmmi?

Dostum

Bütöv aylı axşamlarda
Yerüzünə çağırıb,
Top oynayıram.
Canım istəyəndə,
Ayparasında yellənçək
Qurub yatıram.
Yarım ay olanda,
Qaranlıq yarısında
Gizlənirəm.
Dostum ayı çox sevirəm

UŞAQ PARKI

Yellənçəyi bərk yelləmə,atacan
Ağaclardakı göyərçinlər ürkür.
Sürünçəyi möhkəm tut,qardaşcan
Sevgili dostlarım,pişiklər qaçır
Qumluqda çox qaçma,anacan
Bağçamızdakı itlər çata bilmir.

Daha da çox betonlama sədrim
İnsanlar artıq nəfəs ala bilmir.

Biri varmış, biri yoxmuş.
İstanbulda yaşayan bir uşaq varmış.
Dəcəlmi dəcəl uşağın,
Anasının kömür qarası
Saçlarından, iri bığları;
Toppuş-Toppuş yanaqlarından
Yeməli bir cüt alması varmış.
Uşaq bağçasında top oynayar,
Yaz gündüzləri yatırdılarmış.
Nə var ki bu dəcəl uşağın
Alma şəkəri yuxularında anası,
Gözyaşlarında üzüm dənələri varmış.
Biri varmış,biri yoxmuş.
İstanbuldaki uşaq bu şeiri yazmış

Mən kimim

Mən,beş qardaşdan ən kiçiyiyəm;
Dəcəl desən,deyiləm.
Sakit bir uşaq,heç deyiləm.
İki gözü,iki çeşmə biriyəm.

Mən,Anamın beş dənəsindən
Ən kiçiyi,birdənəsiyəm,
Xəyallarımda göyüzündəyəm,
Yerüzündə göz bəbəyiyəm.