Archive for Ağustos, 2012


OYUNCAĞINI PAYLAŞARSANMI?

Sənə ulduzlarımı versəm
Oyuncaqlarını paylaşarsanmı,mənimlə?
Əgər velosipedinə mindirsən
Ay topumla top oynaram,səninlə.
Qarabaş ikimizin iti olar,
Şəkərlərini paylaşsan,bizimlə.
Anana ,ana deyə bilərəmmi?

Reklamlar

Dostum

Bütöv aylı axşamlarda
Yerüzünə çağırıb,
Top oynayıram.
Canım istəyəndə,
Ayparasında yellənçək
Qurub yatıram.
Yarım ay olanda,
Qaranlıq yarısında
Gizlənirəm.
Dostum ayı çox sevirəm